mobil versiya

Şirvanda mikroavtobusdan 10 min manat oğurlayan şəxs saxlanılıb




Şirvanda mikroavtobusdan 10 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.

Araşdırma aparılır.


KARUSEL / HADİSƏ
Tarix: 2-07-2022, 10:06