mobil versiya

Türkiyədən ABŞ-a: "Artıqlaması ilə cavab verəcəyik!"



ABŞ-ın mümkün sanksiyalarına artıqlaması ilə qarşılıq verəcəyik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Sülh çeşməsi” hərəkatı ilə bağlı ABŞ Maliyyə Nazirliyi ölkəmizə sanksiya tətbiqi ilə bağlı hazırlıqların görülməsi yönündə açıqlama yayıb. Hərəkat başladığında ABŞ administrasiyasına hər səviyyədə məlumat çatdırılıb. Türkiyə milli təhlükəsizliyinə təhdid yaradan terrorçu ünsürlərlə mübarizə aparmaqdadır. Buna mane yaradacaq hər hansı addıma qarşı lazımi səviyyədə, artıqlaması ilə cavab veriləcək”, - deyə bildirilib.
[spoiler][/spoiler]
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəni hədəf alacaq mümkün sanksiyaların tətbiqi yönündə hökumətin müəyyən üzvlərinə səlahiyyətin verilməsi ilə bağlı fərman imzalayıb. Bununla bağlı ABŞ Maliyyə Nazirliyi də bəyanat yaymışdı.
KARUSEL / GÜNDƏM / SİYASƏT / DÜNYA
Tarix: 12-10-2019, 15:21