mobil versiya

“The Wall Street Journal” Rusiyada saxlanılan müxbiri ilə bağlı açıqlama yayıb



“The Wall Street Journal” qəzeti müxbirinin – ABŞ vətəndaşı Evan Gerşkoviçin Rusiyada casusluq ittihamı ilə saxlanılması ilə bağlı açıqlama yayıb.
Nəşr Gerşkoviçin Rusiyada hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında dövlət sirri təşkil edən məlumat toplamaqda ittiham edilərək saxlanılmasından narahatlığını bildirib.
“The Wall Street Journal” Evan Gerşkoviçin təhlükəsizliyindən dərin narahatdır. O, Rusiyada “The Wall Street Journal”ın Moskva bürosunda işləyir, Rusiya Xarici İşlər Nazirliyində jurnalist kimi akkreditasiya olunub.”, – açıqlamada deyilir.
“The Wall Street Journal” əməkdaşına qarşı casusluq ittihamlarını qəti şəkildə rədd edib və onun dərhal azad edilməsini tələb edib.
Qeyd edək ki, jurnalistin saxlanılması barədə bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. Məlumatda bildirilir ki, Evan GerşkoviçABŞ-ın göstərişi ilə Rusiyanın müdafiə müəssisələrindən biri haqqında məxfi məlumat toplayıb.
“Qerşkoviç ABŞ-ın göstərişi ilə hərəkət edərək Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar toplayıb. Gerşkoviç məxfi məlumat əldə etməyə çalışarkən saxlanılıb”, – FTX-dan bildiriblər.
KARUSEL / DÜNYA
Tarix: 30-03-2023, 18:20