mobil versiya

"WhatsApp" istifadəçilərinin sayı 2 milyarda çatdı




"WhatsApp" tətbiqin istifadəçilərinin sayı 2 milyarda çatıb.

REPORTYOR.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün messencerin öz veb saytında rəsmi bloqda yayımlanan açıqlamada bildirilib.
Açıqlamada qeyd edilib: "Bu gün dünyada 2 milyard insanın WhatsApp-dan istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq".    
WhatsApp rəhbərliyi messencerin ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələməsindən istifadə etdiyini vurğulayıb:

The Wall Street Journal-a verdiyi müsahibədə WhatsApp-ın baş direktoru Uill Ketkart şirkətin daim istifadəçilərə şifrləmə sistemlərindən istifadə edərək məlumat mübadiləsi imkanı təmin etmək üçün çalışdıqlarını vurğulayıb.

SON XƏBƏR / KARUSEL
Tarix: 12-02-2020, 22:20