mobil versiya

İlqar İsbatov: Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərinin Baş planları yekunlaşmaq üzrədir



Azad olunmuş ərazilərin öyrənilməsi, dəyərləndirilməsi və məskunlaşma ərazilərinin müəyyənləşdirilməsi istiqamətində effektiv və ədalətli işlər həyata keçirilib. Bu prosesdə bütün müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edilib.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusuna həsr edilən panel görüşündə çıxışı zamanı söyləyib.
O bildirib ki, müvafiq qurumlarla aparılan müzakirələrdə məşğulluq, iqtisadi inkişaf və gələcək layihələrin icrası məsələləri də diqqət mərkəzində olub. Nəticədə ilkin planlama məhsulu hazırlanaraq təqdim edilib.
“Planlama sənədləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq üç mərhələdə həyata keçirilir: ümumi planlar, baş planlar və müfəssəl planlar. Bütün işğaldan azad edilmiş ərazilərdə bu üç mərhələli planlaşdırma aparılıb. Hazırda bütün işğaldan azad olunmuş ərazilərin ümumi planı tamamlanıb. Digər dörd şəhər Xankəndi, Ağdərə, Xocavənd və Xocalı üzrə Baş planlar yekunlaşmaq üzrədir və razlaşdırma prosedurlarından sonra təsdiq olunacaq. Bu planlar əsasında növbəti dövrlərdə tikinti-quruculuq işləri düşünülmüş və məqsədyönlü şəkildə aparılacaq”, - deyə İlqar İsbatov vurğulayıb. (azərtac)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:17