Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərin ümumi planı hazırlanır. O cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərinin ümumi planı üzərində işlənilir.
"Report" xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov Xocavənd rayonunun Hadrut qəsəbəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə, paralel olaraq bəzi şəhərlərin baş planları və müfəssəl planları ilə bağlı iş aparılır: "Həmçinin kəndlərin də ərazi planlaşdırılması sənədlərinin hazırlanması işlərinə başlanılıb. Bu təcrübədə ilk dəfədir".
SON XƏBƏR / KARUSEL
Tarix: 30-07-2021, 22:41