Azad edilmiş ərazilərin şəhərsalma və arxitektura işlərinə xərclənən vəsait məlum olub
Ötən il dövlət büdcəsindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin şəhərsalma və arxitektura işləri üçün 1 milyon manat vəsait sərf edilib.
“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Sənəddə qeyd edilib ki, bir sıra rayonlar və şəhərlər üzrə müfəssəl ərazi planlarının hazırlanması üçün 300 min manat vəsait sərf olunub.
Qanun layihəsi yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-05-2021, 15:18