mobil versiya

BMT və ABŞ üçün "Taliban" rəhbərliyinin tanınmasını gündəmdə deyil



İsveçrənin BMT-dəki daimi nümayəndəsi səfir Paskal Baerisvyl jurnalistlərlə görüşündə deyib ki, "Taliban" dövründə Əfqanıstandakı vəziyyətlə məşğul olmaq çox çətin dilemmaya çevrilib.
"Khaama Press" xəbər verir ki, Baerisvyl "bizim bunun üçün sehrli bir həllimiz yoxdur. Ümid edirəm ki, Dohadakı görüş vəziyyətdən necə davranmaq barədə müzakirəyə səbəb olacaq”.
Bazar ertəsi BMT Dohada qızların və qadınların işləmək və təhsil almaq qadağasını ləğv etmək üçün faktiki "Taliban" rəhbərliyi ilə necə davranmaq və onlara təzyiq etmək barədə iki günlük müzakirələr keçirib.
BMT-nin baş katibi Antonio Quterreş iki günlük müzakirələrə ABŞ, Çin və Rusiya da daxil olmaqla 25-ə yaxın dövlətin və qeyri-hökumət təşkilatının nümayəndələrini, eləcə də mühüm Avropa yardım donorlarını və Pakistan kimi mühüm qonşuları dəvət edib. 
Bu arada Birləşmiş Millətlər Təşkilatı və ABŞ "Taliban" rəhbərliyinin tanınmasının gündəmdə olmayacağını vurğulayıb.
KARUSEL / DÜNYA
Tarix: 3-05-2023, 09:29