mobil versiya

"Qadınlar təcrid olunacağı təqdirdə ölkə daha da təcrid olunacaq" - BMT






Birləşmiş Millətlər Təşkilatının (BMT) yüksək səviyyəli nümayəndə heyəti Əfqanıstana səfər edərək qadınların və qızların təcrid olunmasıyla bağlı artan narahatlıq fonunda onların hüquqlarının müdafiəsini təmin etmək üçün yüksək vəzifəli "Taliban" rəsmiləri ilə görüşüb.

BMT nümayəndə heyəti "Taliban"a xəbərdarlıq edib ki, Əfqanıstan öz qadınlarını təcrid edərsə, daha da təcrid olunacaq. 

BMT-nin hüquq ekspertləri "Taliban"ı istənilən şəraitdə qadın və qızların hüquqlarının qorunmasını prioritet hesab etməyə çağırıb. Beynəlxalq ictimaiyyət də bu kritik dövrlərdə əfqan qadınlarına dəstək olmağa çağırılıb. BMT Baş katibinin müavini Əminə Məhəmməd, BMT-nin Qadın Təşkilatının icraçı direktoru Sima Bahas və BMT baş katibinin siyasi, sülhməramlı və sülh əməliyyatları üzrə köməkçisi Xalid Xiari Kabilə səfər edən BMT nümayəndə heyətinin tərkibində olublar.

Nümayəndə heyətinin verdiyi bəyanatda deyilir ki, dörd günlük səfərin məqsədi vəziyyəti müşahidə etmək, faktiki hakimiyyət orqanları ilə əlaqə saxlamaq və BMT-nin Əfqanıstan xalqı ilə həmrəyliyini vurğulamaq olub. Bu arada, BMT-nin yüksək səviyyəli komandası öz nəticələrini və tövsiyələrini bütün üzv dövlətlərlə bölüşəcək ki, bu da qısa və uzunmüddətli perspektivdə Əfqanıstanla bağlı qlobal siyasətə təsir göstərə bilər.


KARUSEL / DÜNYA
Tarix: 23-01-2023, 11:13