mobil versiya

Fransa səfiri Nigar Köçərlini təltif etdi



Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon, Nigar Köçərlini Fransanın İncəsənət və Ədəbiyyat ordeninin "Chevalier" (Cəngavər) nişanı ilə təltif edib.
Bu barədə səfirliyin Facebook səhifəsində bildirilib. 
Fransa Mədəniyyət Nazirliyi tərəfindən təltif edilən bu medal, incəsənət və ya ədəbiyyat sahəsində Fransada və dünyada yaradıcılığı ilə incəsənət və ədəbiyyatın çiçəklənməsinə töhfə verən şəxsiyyətləri mükafatlandırır.

Azərbaycanın qabaqcıl kitab mağazaları şəbəkələrindən biri olan Əli və Ninonun yaradıcısı, direktoru və sahibi Nigar Köçərli Azərbaycanda ədəbiyyatın təbliğində əsas rol oynayır. Onun kitabxanası eyni zamanda Viktor Hüqo, Jorj Sand, Aleksandr Düma və s. kimi klassiklərin Azərbaycan dilinə tərcümə edilmiş əsərlərinin və həmçinin Amin Maalouf, Leyla Slimani, Jan Kristof Rüfən, Erik-Emmanuel Şmitt, Mark Levi və s. kimi məşhur müasir müəlliflərin də əsərlərinin əsas distribütorudur. 
O, həm də, 19-cu əsrin klassik yazıçılarının (Balzak, Hüqo, Prust və s.), 20-ci əsrin (Kamü, İonesko, Sartr və s.) və daha çox müasir müəlliflərin (Musso, Slimani və s.) əsərlərinin fransız dilində yayımını təşkil edir.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-05-2023, 17:03