mobil versiya

“Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən qürur duymaq lazımdır” - Duarte Paçeko


“Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən qürur duymaq lazımdır”.
Bunu Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Duarte Paçeko Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Heydər Əliyev hər zaman yaddaşlara həkk olunası görkəmli insanlardan olub: “Onun Azərbaycan üçün gördüyü işlərdən qürur duymaq lazımdır. Hər kəs bu dahi şəxsiyyətə minnətdar olmalıdır. Heydər Əliyev hansı sahəyə investisiya qoyulmasının zəruri olduğunu, ölkənin həqiqi müstəqilliyinin təhsilli kadrların yetirişdirilməsindən asılı olduğunu bilirdi. Azərbaycan dünyada çox gözəl tanınır, qəbul edilir, sözünü deyə bilir. Heydər Əliyev Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bütün işləri layiqincə yerinə yetirdi. Bütün bunların dəyərini bilmək lazımdır”.

KARUSEL / SİYASƏT
Tarix: 16-05-2023, 12:07