mobil versiya

Özbəkistan 2025-ci ildə 11,7 milyon turist qəbul edib



Milli Statistika Komitəsinin hesabatında bildirilir ki, 2025-ci ildə Özbəkistana 11,7 milyon xarici turist səfər edib.

Məlumata görə, bu, tarixi bir yüksək göstəricidir və Özbəkistanın turizm məkanı kimi cəlbediciliyinin əyani sübutudur.

2024-cü illə müqayisədə turist axını 3,7 milyon nəfər və ya 46,8% artıb. Əhəmiyyətli artım turizm infrastrukturunun inkişafına, viza rejiminin liberallaşdırılmasına, beynəlxalq hava nəqliyyatının genişləndirilməsinə və Özbəkistanın turizm potensialının xaricdə fəal şəkildə təşviq edilməsinə yönəlmiş kompleks tədbirlər sayəsində baş verib.

2025-ci ildə Özbəkistana gələn turist sayına görə ilk 10 ölkə:

Qırğızıstan - 3,3 milyon
Tacikistan - 2,7 milyon
Qazaxıstan - 2,7 milyon
Rusiya - 984,4 min
Əfqanıstan - 476,7 min
Türkmənistan - 370 min
Çin - 278,9 min
Türkiyə - 174,9 min
Hindistan - 80,8 min
Koreya Respublikası - 46,3 min


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:04