mobil versiya

Mərakeşi bu il rekord sayda turist ziyarət edib



2024-cü ilin 11 ayı ərzində Mərakeş Krallığı keçən ildəki ümumi turist sayını üstələyərək rekord sayda turist qəbul edib.

Reportyor.az xəbər verir ki, turizm Mərakeşin ümumi daxili məhsulunun təxminən 7 faizini təmin edir, əsas iş yerləri və xarici valyuta mənbəyidir.
Mərakeşin Turizm Nazirliyinin noyabr ayına olan məlumatında deyilir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 20 faiz artıb.
Rəsmi məlumatlara görə, yanvar-oktyabr aylarında turizm gəlirləri 9,3 faiz artaraq 9,72 milyard ABŞ dollar təşkil edib.
Mərakeş 2026-cı ilə qədər 17,5 milyon, İspaniya və Portuqaliya ilə birlikdə dünya çempionatına ev sahibliyi edəcəyi 2030-cu ilə qədər isə 26 milyon turist cəlb etməyi planlaşdırır.

KARUSEL / DÜNYA
Tarix: 10-12-2024, 11:52