mobil versiya

Bu ölkə xarici turistlərin sayında 73% artım əldə edib





2019-cu ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin ilk yeddi ayı ərzində Səudiyyə Ərəbistanına gələn xarici turistlərin sayında Krallıq 73% artım əldə edib.

Reportyor.az
xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının - BMT ÜTT (UNWTO) baş katibi Zurab Pololikaşvili Səudiyyə Ərəbistanının turizm sektorunun əhəmiyyətli inkişafını yüksək qiymətləndirərkən deyib.

Bu artım Səudiyyə Ərəbistanını beynəlxalq turist sayı və beynəlxalq turizm gəlirlərinin artım tempinə görə G20 ölkələrinin önündə yerləşdirdi.

Həmçinin, BMT ÜTT-nin 2024-cü ilin sentyabrında yayımlanan Barometrinə görə, beynəlxalq turizm gəlirləri 207% nəzərə çarpacaq dərəcədə artıb.

Pololikaşvili qeyd edib ki, 2024-cü ilin ilk yeddi ayı ərzində beynəlxalq turistlərin gəlişindəki 73% artım, BMT ÜTT-nun son Barometrində vurğulandığı kimi, Səudiyyə Ərəbistanının artan qlobal təsirini nümayiş etdirir.

Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-09-2024, 12:17