mobil versiya

Mühacir biznesi və “kəllə-mayallaq” olmaq...




İllərimiz indi  “müxalifətik” deyənləri çox dərindən tanımaqla keçdi. Komanda yoldaşlarına, idarəçiliklərinə, hikkələrinə, gizli ittifaqlarına, həyat tərzlərinə, himayələrində olan qəzetlərin maliyyəsini necə mənimsəmələrinə, getdikləri gizli görüşmələrə, səs yazıb, haralardansa paket almalarına şahidliyimiz oldu. Yəni indi onlar deyəndə ki, “mən qazanam, dibim qızıldır”. Adamın durub deyəsi gəlir ki, “a bəy, bəri baaax,  gəzib gəlmişik”...

...Özlərini cəmiyyətə sırımaq istəyirlər. İstəyirlər “ biz haqqıq millət, sən bizimlə ağ günə çıxacaqsınız” yalanına adamlar bir də inansın.

Düzü xeyli adam var, günü-güzəranı yaxşı deyil. Lap siyasi hakimiyyətdən də narazıdır.  Amma o adamlar belə bu mühacir alveri hoqqasından sonra Milli Şuraya, AXCP-yə və Müsavata elektorat olmaq barədə düşünməz  yəqin. Bilirsiniz niyə? Çünki öz çevrələri xaric hamı bilir, ölkənin indiki hala gəlməsində hamısının, özü də bir-bir rolu var. Siyasi alverə  ilk onlar getdi. Partiyaları  ilk onlar parçaladı. Səfirlikləri qapı-qapı qrant üçün ilk onlar gəzdi.  İndiki sosial şəbəkə müxalifəti.  Söyüş “qvardiyaları”, bir də adamların problemləri ilə min oyundan çıxırlar. Nədənsə əminəm, bu məsələnin də altında bir sirri-xuda gizlənir. Çox keçməz ittifaqa girib, dağıdıcılıq missiyasını üstləndikləri şeflərinin də adı bəlli olar. Mühacir biznesindəki ortaqlarının da kimliyi bilinər. Siz siz olun, illərdir küçə üzü görməyən, bu “kölgə müxalifətinin” qəfil meydana çıxmasına vətənpərvərlik donu geydirməyin. Bir az Fuad Qəhrəmanlı oyununda enmişdilər, düşərgə olaraq. Bir az “aloo” deyən, xadimə qadın olayında. Bir balaca icazəsiz aksiyalarda qadınları önə verəndə.  Xaricdəki söyüş müxalifəti qayıdıb onları söyəndə də çox düşdülər.  Hələ siyasi liderlərinə, Əbülfəz bəyə sayğısızlıq da endirmişdi onları.  Sonra keçmiş nazirlə ittifaqa girəndə endilər. Milyonluq korrupsiyada adı hallanan adamla ittifaq olanlardan nə gözləyəsən axı?  Mühacir biznesində isə kəllə-mayallaq oldular. Bundan sonra adları belə də qala bilər. Kəllə-mayallaq müxalifəti. Və yəqindir ki, bu prosesdə kəllələri nəyəsə dəyib, əleyhinə bir cümlə də yazı verməyən “Yeni Müsavat”ı müxalifətə, Müsavata qarşı qara piar təşkilatçısı elan ediblər. Daha doğrusu Müsavat başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında edib bunu. O üzdən mühacir biznesindən yazan və yazmayanların masasındakı qidalar murdarlanıb deyən, boğazacan zibildə olan  bir siyasi mühacirin də mövqeyi anlaşılandır. Kampaniya başlamaq tapşırığı bir yerdən koordinə olunur. Olsun!..

Qaldı mühacir alveri məsələsində kiminsə faş olmasına, burda bircə məqama sevinmək olar, hər gün bir az daha dərindən tanıyır adamlar onları, “müxalifətik” deyənləri. Faktın özünə gəlincə, bu Avropanın müxtəlif ölkələrində yaşayan, işləyən, təhsil alan onlarla azərbaycanlı üçün əziyyətsiz ötüşməyəcək. Bu çox üzücüdür. Siyasətə dəxli olmayan, siyasətdən kənar nə qədər insan törədilən bu xainliyə görə əziyyət çəkəcək uzun müddət. İndi bircə sualım var, ayıb deyilmi ay başqan,  ay Arif bəy?!. Gərəkdir deyəsiniz ki, ayıbdır, amma harda elə dövran?!...




KARUSEL / YAZARLAR
Tarix: 20-11-2019, 14:15