mobil versiya

Qəzza zolağında ölənlərin sayı 8525 nəfərə yüksəlib



İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 8525 nəfərə çatıb.
Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Qudra bildirib.
Məlumatda qeyd olunub ki, Qəzzaya endirilən zərbələrdən 3542 nəfər uşaq, 2187 nəfər qadın həyatını itirib. Yaralananların sayının isə 21543 nəfər olması qeyd olunub.
Qeyd edək ki, HAMAS-ın İsrailə hücumu nəticəsində 1538 nəfərdən çox israilli həlak olub.

KARUSEL / DÜNYA
Tarix: 31-10-2023, 16:12