mobil versiya

Bakıda avtobus yük maşını ilə toqquşdu - VİDEO




Bu gün səhər saat 07:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yol qəzası baş verib.

REPORTYOR.AZ “avtosfer.az”a istinadən xəbər verir ki, 160 nömrəli avtobus yolun hərəkət hissəsində park edərək dayanmış iri qabaritli yük maşınına çırpılıb.

Hadisə nəticəsində avtobusun on hissəsi dağılıb. Hadisə nəticəsində xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Hadisə nəticəsində yolun bir hissəsi bağlanıb. Ərazidə tıxac yaranıb. Hadisə yerinə YPX əməkdaşları gəlib.

Videonu təqdim edirik:


KARUSEL / HADİSƏ
Tarix: 25-11-2019, 09:00