mobil versiya

Ermənistanda 4 hərbi yük maşını toqquşdu: 1 ölü, 13 yaralı



Ermənistanda 4 hərbi yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

“Report” “newsarmenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. 

Hadisə Arteni-Karakert avtomobil yolunda baş verib.

Məlumata görə, Talin-Arteni magistralının 20-ci km-liyində 3 "KamAZ" və 1 "ZİL" markalı avtomobil toqquşub. Bundan sonra mülki vətəndaşları daşıyan avtobus "KamAZ"-ın qoşqusuna çarpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Toqquşan avtomobillərin hamısı Müdafiə Nazirliyinə məxsusdur. 

Qəzanın səbəbi araşdırılır.
KARUSEL / HADİSƏ
Tarix: 30-09-2019, 10:13