mobil versiya

“Qarabağ”ın “Molde” ilə oyuna hazırlıq planında dəyişik olub


UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde”nin qonağı olacaq “Qarabağ”ın oyunöncəsi son məşqi Bakıda keçiriləcək.
Noyabrın 28-də “Azersun Arena”da reallaşacaq hazırlıq prosesi saat 18:30-da start götürəcək.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə Norveçdə baş tutacaq. Noyabrın 29-da keçiriləcək tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.
Qeyd edək ki, noyabrın 30-da “Molde” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


KARUSEL / İDMAN
Tarix: 27-11-2023, 14:31