mobil versiya

Bu gün "Qarabağ" "Bayer"ə qarşı oynayacaq


Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 4-cü tur oyununa çıxacaq.
Qurban Qurbanovun komandasının rəqibi Leverkuzen "Bayer"i (Almaniya) olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Bu komandalar arasında 3-cü tur görüşü "Bayer"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
H qrupunun digər matçında isə "Hekken" evdə "Molde" ilə üz-üzə gələcək.
Avropa Liqası, qrup mərhələsi, 4-cü tur21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya)
Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks
Tofiq Bəhramov adına Respublika Stadionu.
00:00. "Hekken" (İsveç) - "Molde" (Norveç)
KARUSEL / İDMAN
Tarix: 9-11-2023, 09:52