mobil versiya

“Qarabağ” klubu Norveçə yola düşüb



UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda “Molde”nin qonağı olacaq “Qarabağ” klubu Norveçə yola düşüb.
Komanda səfərə tam heyətlə yollanıb.
Oyundan əvvəl açıq məşqini Bakıda keçirən komanda təqribən 6 saatlıq uçuşdan sonra Moldeyə çatacaq. Bu gün Bakı vaxtı ilə 22:00-da isə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, noyabrın 30-da Molde şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

KARUSEL / İDMAN
Tarix: 29-11-2023, 12:44