mobil versiya

Vyetnamda Azərbaycan guşəsi maraqla qarşılanıb


Hanoi şəhər mərkəzində Beynəlxalq Qida və Mədəniyyət festivalında Azərbaycan da iştirak edib.
Bu barədə Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə sosial şəbəkədə məlumat verib: "İlk dəfə təmsil olunan Azərbaycan guşəsi ən izdihamlı və qonaqlı olub. Ölkəmizi layiqincə təmsil edə bildik. Vyetnamlı dostlarımıza verdikləri qiymətə görə təşəkkür edirik. Bu yerli soydaşlarımız, vyetnamlı dostlatımız və səfirliyin komanda işinin nəticəsi idi".
Səfir qeyd edib ki, bu, onları növbəti uğurlu layihələrə həvəsləndirir: "O gün olsun, Bakımızda Vyetnam mətbəxinə həsr olunan belə təqdimat keçirək. Biz də Bakıda dost Vyetnam mədəniyyəti və mətbəxini sevirik. Qabil Cəfərova təşəkkür edirik, kulinariya ən güclü diplomatiyalardan biridir". 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-12-2023, 10:21