mobil versiya

İsrail ordusu xeyli sayda HƏMAS üzvünü əsir götürüb


Qəzzanın şimalında İsrail əsgərləri tərəfindən onlarla HƏMAS üzvü əsir götürülüb.
“AzPolitika.info” xəbər verir ki, İsrail hərbçiləri əsir götürdükləri fələstinliləri təhqir edərək, onları alt paltarlarıına qədər soyundurub, əllərini bağlayıb və dizləri üstə əyləşməyə məcbur ediblər.
İsrail mediası tərəfindən paylaşılan fotolarda İsrail Müdafiə Qüvvələrinin əsgərlərinin həmin şəxsləri yük maşınlarına mindirdiyi görünür.
İddialara görə, bu şəxslər Cəbəliyyə qaçqın düşərgəsində və Qəzzanın şimalındakı digər ərazilərdə təslim olan HƏMAS üzvləridirlər.
Görüntülərlə bağlı jurnalistlərin suallarını cavablandıran İsrail ordusunun sözçüsü Daniel Haqari həmin şəxslərin əsir götürüldüyünü təsdiqləyib.


KARUSEL / DÜNYA
Tarix: 8-12-2023, 12:24