mobil versiya

Bu tarix Braziliyada Kral Pele Günü kimi qeyd olunur



Braziliyanın Deputatlar Palatası (ölkə Konqresinin aşağı palatası) Kral Pele Gününün təsis edilməsi barədə qanun layihəsini təsdiq edib.
“Estadao” nəşrinin yaydığı məlumata görə, bayram futbol üzrə üçqat dünya çempionu Peleyə həsr olunub, bu günün noyabrın 19-da bütün ölkədə qeyd edilməsi təklif olunur. Braziliyalı 1969-cu ildə həmin gün öz karyerasında mininci qol vurub. İndi qanun layihəsinin mətni təsdiq üçün Senata göndəriləcək.
Aprel ayında Pele adı portuqal dili lüğətinə “ən yaxşı” sözünün sinonimi kimi daxil edilib.
Pele ötən il dekabrın 29-da 82 yaşında vəfat edib. Braziliyalı futbol üzrə üçqat dünya çempionudur. O, 18 il ərzində “Santos” klubunun tərkibində çıxış edib və komanda ilə birlikdə altı dəfə Braziliya çempionu olub. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi hücumçunu yüzilliyin ən yaxşı idmançısı elan edib.

KARUSEL / İDMAN
Tarix: 22-12-2023, 11:39