mobil versiya

Pele ilə vida bu tarixdə olacaq




Üçqat futbol çempionu Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək.
Bu barədə “Santos” klubunun saytı məlumat yayıb.
Məlumata görə, vida mərasimi yanvarın 2-də yerli vaxtla saat 10:00-da olacaq. Əfsanəvi futbolçu dünyanın ən böyük şaquli qəbiristanlığında torpağa tapşırılacaq. Buradakı mərasimdə yalnız ailəsi və yaxın dostları iştirak edəcək. Qəbiristanlıq 30 mərtəbəli binadır.

KARUSEL / İDMAN
Tarix: 30-12-2022, 09:42