mobil versiya

Yaponiyada səyahət zamanı ictimai nəqliyyatda nələrə riayət etməl lazımdır?



Yaponiyada səyahət zamanı ictimai nəqliyyatda nələrə riayət etməl lazımdır?
Yaponiyada səyahət zamanı ictimai nəqliyyat, xüsusilə ən geniş istifadə olunan qatar nəqliyyat növündən istifadə zamanı 5 əsas qaydanı bu ölkənin Azərbaycandakı səfirliyi təqdim edir.
Bu qaydalardan hansılarını bilirsiniz.
Qayda 1: Yaponiyada qatarlarda və ümumiyyətlə ictimai nəqliyyatda telefonla danışmaq olmaz. Lakin, uzun məsafə qatarlarlarında (məsələn, şinkansen sürət qatarı) vaqonlar arası koridorlarda duraraq telefondan istifadə etmək mümkündür. 

Qayda 2: Bütün qatarlarda yaşlılar, əlilliyi olan şəxslər, hamilə və körpə uşaqlı xanımlar üçün xüsusi nəzərdə tutulmuş prioritet oturacaqlar olur. Həmin yerlərdə əyləşmək olmaz. Eyni zamanda, oturacaqların yanında işarə olaraq mobil telefonların söndürülməsi gərək olduğu da qeyd olunur. Buna səbəb isə, Yaponiyada bir çox yaşlıların kardiostimulyator istifadə etməsidir. Mobil telefon dalğalarının həmin qurğularla hər hansısa təması olmaması və onların sağlamlığına göstərilən xüsusi qayğı məqsədini daşıyır.

Qayda 3: Bərk səslə danışmaq və ya yüksək səslə musiqi dinləmək olmaz. 

Qayda 4: Şəhərdaxili qısa məsafəli qatarlarda yemək yemək və ya içki içmək olmaz. Lakin, uzun məsafəli qatarlarda xüsusi qoxulu olmayan kiçik qidalar yemək olar. 

Qayda 5: Bir çox qatarlarda sadəcə xanımlar üçün olan vaqonlar da olur ki, məşğul saatlarda qadınların daha rahat şəkildə nəqliyyatdan istifadə etməsinə yardımçı olsun. 

Əlbəttə ki, qatarlarla bağlı digər qaydalar da mövcuddur.
MARAQLI / KARUSEL
Tarix: 7-05-2024, 13:31