mobil versiya

"Real" 18-ci dəfə finala çıxıb



Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Cavab oyunlarının son günündə diqqətlər Madridə yönəlib.
Turnirin ən titullu komandası “Real” “Bavariya”nı qəbul edib. 15-ci kubokunu hədəfləyən İspaniya nəhəngi tarixində 18-ci dəfə finalda oynamaq hüququ əldə edib. Madridlilər çətin qələbə qazanıblar. Hesabda geri düşən "Real" son dəqiqədə 2 qol vuraraq, əzmkarlıq nümayiş etdirib - 2:1.
Qeyd edək ki, iyunun 1-də “Uembli”də keçiriləcək finala ilk vəsiqəni Dortmund “Borussiya”sı qazanıb.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00. “Real” – “Bavariya” - 2:1

Qollar: Xoselu, 88; 90+1 - Alfonso Devis, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:2


KARUSEL / İDMAN
Tarix: 9-05-2024, 07:37