Bu gün "Qalatasaray” “Bavariya”nı qəbul edəcək
İlk oyun günündə A, B, C və D qrupunun matçları keçiriləcək.
A qrupunda Türkiyə “Qalatasaray”ı doğma meydanda Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. “Rams Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Qrupun digər matçında “Mançester Yunayted” İngiltərədə Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq.
B qrupunda İngiltərə “Arsenal”ı İspaniyada “Sevilya”nın, Niderlandın PSV klubu Fransada “Lans”ın qonağı olacaq.
C qrupunda İtaliya “Napoli”si Portuqaliyada “Braqa” ilə, İspaniya “Real Madrid”i isə Almaniyada “Union”la münasibətlərinə aydınlıq gətirəcək.
Nəhayət, D qrupunda “İnter” İtaliyada Avstriya “Zaltsburq”unu, “Benfika” isə Portuqaliyada İspaniya “Real Sosyedad”ını sınağa çəkəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
24 oktyabr
A qrupu
20:45. “Qalatasaray” (Türkiyə) – “Bavariya” (Almaniya)
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen”
Xal durumu: “Bavariya” – 6, “Qalatasaray” – 4, “Kopenhagen” – 1, “Mançester Yunayted” – 0.
B qrupu
23:00. “Sevilya” (İspaniya) – “Arsenal” (İngiltərə)
23:00. “Lans” (Fransa) – PSV (Niderland) –
Xal durumu: “Lans” – 4, “Arsenal” – 3, “Sevilya” – 2, PSV – 1.
C qrupu
23:00. “Braqa” (Portuqaliya) – “Napoli” (İtaliya)
23:00. “Union” (Berlin, Almaniya) – “Real Madrid” (İspaniya)
Xal durumu: “Real Madrid” – 6, “Napoli” – 3, “Braqa” – 3, “Union” – 0
D qrupu
20:45. “İnter” (İtaliya) – “Zaltsburq” (Avstriya)
23:00. “Benfika” (Portuqaliya) – “Real Sosyedad” (İspaniya)
Xal durumu: “Real Sosyedad” – 4, “İnter” – 4, “Zaltsburq” – 3, “Benfika” – 0
KARUSEL / İDMAN
Tarix: 24-10-2023, 12:10