mobil versiya

Bu rayonda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq



Mayın 10-da saat 08:00-dan mayın 13-ü saat 22:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metrostansiyası istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən qeyd edilən müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunub.
KARUSEL / ÖLKƏ
Tarix: 8-05-2024, 17:44