mobil versiya

Şəhid Elşən Yunisli dəfn olunub- YENİLƏNİB




Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib.
Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
10:34
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunislinin nəşi ailəsinə təhvil verilib, hazırda onunla vida mərasimi keçirilir.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, vida mərasimi onun ailəsinin yaşadığı Şəmkir rayonun Təzəkənd kəndində keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.
Vida mərasimindən sonra Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elşən Fazil oğlu Yunisli Şəmkir rayon Təzəkənd kəndində anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub.
Ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb.
O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi, subay olub.
Allah rəhmət etsin!

SON XƏBƏR / KARUSEL
Tarix: 27-06-2021, 13:49