mobil versiya

Qanunsuz saxlanılan müxtəlif markalı tüfənglər aşkar edilib



Yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd qumbara, 2 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı  və 103 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
KARUSEL / HADİSƏ
Tarix: 10-01-2024, 09:32