mobil versiya

Sosial müavinətlər üzrə 999 milyon manat ödənilib


2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 491 min nəfər sosial müavinətlə, 378 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sosial müavinətlər üzrə 24 faiz çox olmaqla 999 milyon manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 647 milyon manat ödənilib.
Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 566 min, o cümlədən ötən il 137 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


KARUSEL / SOSİAL
Tarix: 17-01-2024, 17:09