mobil versiya

Bu il sosial müavinətlər üzrə 409, Prezident təqaüdləri üzrə 266 mln. manat ödənilib


Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 446 min nəfərə sosial müavinət, 372 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirlikdən verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 409 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 266 mln. manat ödənilib.
Son 5 ayda 57,7 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 486,7 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
KARUSEL / SOSİAL
Tarix: 14-06-2023, 13:15