mobil versiya

Afrika Millətlər Kubokunda 1/8 finalın ilk iştirakçıları məlum olub



Kot-d'İvuarda təşkil olunan Afrika Millətlər Kubokunun qrup mərhələsində üçüncü tura start verilib.
A və B qrupunun oyunlarından sonra pley-offun ilk iştirakçıları bəlli olub.
A qrupunda Ekvatorial Qvineya millisi turnirə ev sahibliyi edən Kot-d'İvuara 4:0, Nigeriya yığması Qvineya-Bisauya 1:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
B qrupunda isə Kabo-Verde Misirlə, Mozambik Qana ilə 2:2 hesablı heç-heçə edib. Bu nəticələrdən sonra Kabo-Verde və Misir yığmaları pley-off mərhələsinə vəsiqə qazanıblar.
Fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.

KARUSEL / İDMAN
Tarix: 23-01-2024, 11:51