Ukrayna millisi Bakıda CAR-a, Çexiya isə Gürcüstana qalib gəlib
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turniri davam edir.B qrupunun üçüncü turu çərçivəsində Ukrayna millisi Cənubi Afrika Respublikası (CAR) seçməsi ilə qarşılaşıb. Görüş Ukrayna yığmasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı Tennis Akademiyasında keçirilən yarışın A qrupunda yer Gürcüstan və Çexiya seçmələri üz-üzə gəliblər. Oyundan çexiyalı futbolçular 6:3 hesablı qələbə ilə ayrılıblar.
Millimiz üçüncü tur çərçivəsində bu gün Gürcüstan seçməsi ilə qarşılaşacaq. Matç saat 20:30-da başlayacaq.
Futbolçularımız ilk iki turda Çexiya ilə qolsuz heç-heçə edib, İtaliyaya isə qalib gəlib – 2:0.
Qeyd edək ki, qrup birinciləri yarımfinala, 2-3-cü yerləri tutacaq komandalar isə pley-offa vəsiqə qazanacaqlar.
KARUSEL / İDMAN
Tarix: 3-05-2023, 16:23



























