mobil versiya

Son iki gündə 16 kiloqram narkotik vasitə aşkarlanıb



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 27-də və 28-də ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın marixuana, 510 qramdan çox heroin, 1,2 kiloqramdan çox tiryək, 2,2 kiloqramdan çox metamfetamin, həmçinin 65 ədəd çətənə bitkisi və 52 ədəd metadon həbləri olub.

KARUSEL / HADİSƏ
Tarix: 29-01-2024, 10:49