mobil versiya

14,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb



Polis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,7 kiloqramdan artıq heroin, 2,6 kiloqramdan çox marixuana, 35 qram həşiş, həmçinin 320 qramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


KARUSEL / HADİSƏ
Tarix: 31-01-2023, 10:35