mobil versiya

Bir gündə 13,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb



Polis əməkdaşlarının yanvarın 23-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan çox heroin, 5,7 kiloqramdan artıq marixuana, 1,7 kiloqramdan artıq tiryək, həmçinin 3,2 kiloqrama yaxın metamfetamin, 1012 ədəd metadon və tramadol həbləri olub.

KARUSEL / HADİSƏ
Tarix: 24-01-2023, 10:02