mobil versiya

Azərbaycan Kuboku üzrə bu gün son iki yarımfinalçı bəlli olacaq



Bu gün Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanacaq son iki komandanın adına aydınlıq gələcək.
“Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da start götürəcək. Bu komandalar arasında ilk oyun qollu heç-heçə ilə yekunlaşıb – 1:1. Cütün qalibi yarımfinalda “Zirə” ilə görüşəcək.
Günün son oyununda isə “Neftçi” ilk görüşdə 3:2 hesabı ilə qalib gəldiyi “Sumqayıt”ı qəbul edəcək. “Neftçi Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Bu cütün qalibi yarımfinalda “Qarabağ”la üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” komandaları adlarını yarımfinala yazdırıblar.

KARUSEL / İDMAN
Tarix: 9-02-2024, 10:33