mobil versiya

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına bu gün start veriləcək



Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
İlk olaraq "Səbail" "Zirə"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Günün son matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq. Bu qarşılaşmaya saat 19:00-da start veriləcək.
Qeyd edək ki, bu mərhələnin digər iki oyunu sabah keçiriləcək.
Əlavə edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq.

30 yanvar (çərşənbə axşamı)
15:00. “Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
“ASCO Arena”
19:00.“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”

31 yanvar (çərşənbə)
16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
“Dalğa Arena”
19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”
Yarımfinal cütlükləri
"Səbail"/"Zirə" - "Araz-Naxçıvan"/"Qəbələ"
"Sumqayıt"/"Neftçi" - "Sabah"/"Qarabağ"

KARUSEL / İDMAN
Tarix: 30-01-2024, 09:50