mobil versiya

“Braqa”nın “Qarabağ”la oyun üçün mümkün start heyəti açıqlanıb



UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Qarabağ”ı qəbul edəcək “Braqa”nın ehtimal olunan start heyəti açıqlanıb.
Komandanın baş məşqçisi Artur Jorje qapıda Mateusa şans verəcəyi gözlənilir.
Müdafiədə Viktor Qomes, Joze Fonte, Siku Niakate və Kristian Borxa, yarımmüdafiə xəttində Rodriqo Salasar, Joau Moutinyu, Pitsi və Şer Ndurun yer alacağı ehtimal edilir.
Hücumda isə Alvaro Calo, Rikardu Orta və Abel Ruis braqalıların əsas qol ümidi olacaqlar.
Komandanın yarımmüdafiəçisi Bruma və sol cinah müdafiəçisi Adrian Marin isə zədə səbəbindən görüşü buraxacaqlar.
Qeyd edək ki, fevralın 15-də “Munisipal” stadionunda keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.

KARUSEL / İDMAN
Tarix: 14-02-2024, 12:51