mobil versiya

“Qarabağ” – “Braqa” oyununun biletləri artıq satışda



UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyununun biletləri Iticket.az-da satışa çıxarılıb.
Ağdam klubundan verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.
Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev sarayının kassalarından əldə etmək olar.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

KARUSEL / İDMAN
Tarix: 9-02-2024, 12:16