Bu ilin dörd ayında 10 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-aprel ayları ərzində 9 min 678 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə Fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciətlərin 3 min 259-u ünvanlı dövlət sosial yardımı, 2 min 402-si pensiya təyinatı, 2 min 724-ü sosial müavinət və təqaüd, 147-si sosial sığorta və fərdi uçot, 1146-sı isə digər istiqamətlər üzrə olub.
KARUSEL / SOSİAL
Tarix: 2-05-2024, 11:51