Yanvar-aprel aylarında 58,8 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.
KARUSEL / SOSİAL
Tarix: 11-05-2023, 12:29