Məşhur azərbaycanlı miyarder ölüm hökmündən yaxasını qurtardı - Cəzası dəyişdirildi
10 ildən artıqdır edam cəzası ilə mühakimə olunan məşhur azərbaycanlı milyarder Babək Zəncaninin cəzası 20 il həbslə əvəz edilib.
48 yaşlı iş adamının adı əfv sərəncamına daxil edilib və İranın Ali dini lideri Ayətullah Əli Xamenei sözügedən sərəncamı təsdiqləyib.
Məlumata görə, bu amnistiya qərarı Zəncaninin ədliyyə orqanları ilə əməkdaşlığa razılıq verməsindən sonra verilib.
Qeyd edək ki, İranın ən zəngin iş adamlarından biri olan Zəncani 2013-cü ildə o vaxtkı Prezident Həsən Ruhani tərəfindən milyardlarla dollarlıq neft gəlirlərini şirkətləri vasitəsilə gizlətməkdə ittiham edilərək həbs edilib. Zəncaninin təxminən 13,5 milyard dollar sərvətinin və 60-dan çox şirkətinin olduğu bildirilir.
2013-cü ilin dekabr ayında həbs olunan milyarder uzun məhkəmə prosesindən sonra edam cəzasına məhkum edilmişdi.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 2-05-2024, 16:09