Rusiya şəhərlərinə dron hücumu – Enerji infrastrukturu zədələnib
Mayın 2-nə keçən gecə Rusiyanın 5 vilayətində Ukraynaya məxsus 12 pilotsuz uçan aparat (PUA) vurulub.
Bu barədə Rusiya Müdafiə Nazirliyiməlumatyayıb. Qeydolunurki, Bryanskvilayəti üzərində beş, Krasnodarvilayəti üzərində üç, Rostov vilayətində iki, Kursk və Belqorod vilayətlərinin üzərində isə bir PUA məhv edilib.
Rayon rəhbərləri ölən və yaralananların olmadığını bildiriblər. Kursk vilayətinin qubernatoru Roman Starovoit yazıb ki, Ponıri kəndində elektrik xətləri zədələnib, hazırda orada işıq yoxdur.
Oryol və Smolensk vilayətlərinin rəhbərləri də dron hücumları barədə məlumat veriblər. Amma Müdafiə Nazirliyinin məlumatında bu barədə heç nə deyilmir.
Oryol vilayətinin qubernatoru Andrey Klıçkov yazıb ki, dronların zərərsizləşdirilməsi zamanı enerji obyektləri zədələnib. Smolensk vilayətinin rəhbəri Vasili Anoxin də enerji obyektinə “zərər vurmaq cəhdi” barədə məlumat verib. Hər iki bölgədə itki yoxdur. (“AzPolitika.info”)
KARUSEL / DÜNYA

Tarix: 2-05-2024, 12:32