mobil versiya

Ukraynanın cənubuna raket zərbələri endirilib



İyulun 18-nə keçən gecə Rusiya Ukraynanın cənubunu atəşə tutub, infrastruktur obyektlərinə və şəxsi təsərrüfatlara ziyan dəyib, bir nəfər yaralanıb.
Cənub" Əməliyyat Komandanlığının məlumat yayıb ki, hava hücumundan müdafiə qüvvələrini müəyyən etmək və tükəndirmək üçün Rusiya bir neçə dron dalğası göndərib. Bundan sonra Odessada Qara dənizdən 6 “Kalibr” raketi atılıb.
“Bütün raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - deyə məlumatda bildirilir.
Odessada vurulan raketlərin parçaları liman infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan vurub. Yaşlı kişi öz evində xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Nikolaevdə sənaye obyektinə də zərbə nəticəsində yanğın olub.
Ümumilikdə 21 "Şahed-136" Odessa vilayətində, daha 4-ü isə Nikolayev vilayətinin səmasında məhv edilib.

KARUSEL / DÜNYA
Tarix: 18-07-2023, 09:43