mobil versiya

Rusiya ordusu Kiyevə raket zərbələri endirib



Rusiya ordusu strateji təyyarə və gəmilərdən atılan qanadlı raketlərlə Ukraynaya, eləcə də paytaxt Kiyevə müxtəlif istiqamətlərdən zərbələr endirib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı edilib.
Ukrinform agentliyi xəbər verir ki, Kiyevin şimal-qərbində güclü partlayışlar səsləri eşidilib. Hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketlərdən birinin parçaları şəhərdəki yaşayış binasına düşüb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hazırda Rusiyanın taktiki təyyarələrinin yüksək fəallığı müşahidə olunur. Ölkənin bütün ərazilərində hava hücumundan müdafiə qüvvələri raket hücumlarının qarşısını almağa çalışır. Qara dəniz üzərində beş ədəd, Sumı vilayətində isə bir raket vurularaq zərərsizləşdirilib.
Ukrayna mediası, həmçinin Dnepr, Nikopol və Xarkov şəhərlərində də partlayış səslərinin eşidildiyini yazır. Məlumata görə, gecə saatlarında Xarkova hücum edən 13 “Şahed” kamikadze dronundan 11-i vurulub.

KARUSEL / DÜNYA
Tarix: 29-12-2022, 12:07