mobil versiya

Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb




Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.
Bu barədə Milli Məslisin mətbuat xidməti məlumat yayıb.
Spiker Sahibə Qafarova Asiya Parlament Assambleyasının üzv dövlətlər arasında dialoq və əməkdaşlığın daha da genişləndirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edərək, paytaxtımızda keçirilən plenar sessiya çərçivəsində məhsuldar müzakirələr aparıldığını diqqətə çatdırıb.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Milli Məclisin sədri deyib ki, dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər əlaqələrimizin dinamik inkişafında mühüm rol oynayır. Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

KARUSEL / SİYASƏT
Tarix: 23-02-2024, 11:11