mobil versiya

Xorvatiyada Azərbaycan mədəniyyət günləri keçiriləcək


Gələn il Xorvatiyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur.
Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda bildirib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında Hökumətlərarası Komissiyanın 2025-ci ildə Xorvatiyada keçiriləcək növbəti iclası çərçivəsində baş tutacaq.
"Xorvatiya ilə Azərbaycan arasında əlaqələr təkcə iqtisadi sahə ilə məhdudlaşmır. Biz həm də iki ölkə xalqlarının yaxınlaşması və inteqrasiyası üçün mədəni-humanitar əlaqələri inkişaf etdirmək istəyirik. İnanıram ki, bu biznes forum iki ölkənin özəl sektorları arasında yeni layihələrin və proqramların reallaşdırılması baxımından tarixi əhəmiyyət kəsb edəcək", - deyə nazir müavini əlavə edib.(report)



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-03-2024, 17:19